​Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

23-09-2015, 11:39
Oxunub: 730
Qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək


Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astara rayonunda Lerik, Lənkəran, Astara rayon sakinlərini qəbul edəcək.

Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 b) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti