İran vətəndaşı külli miqdarda narkotiklə tutulub

22-09-2015, 15:11
Oxunub: 594
Faktla bağlı cinayət işi başlanıb


Azərbaycan polisi İran İətəndaşı Səlmani Sula Behzadandan 11,415 kq tiryək götürüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti