Novruz Məmmədov: "Avropa İslam dininə borcludur"

22-09-2015, 13:53
Oxunub: 263
"Bu da təəssüf doğurur"


"İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur".

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" sosial şəbəkəsindəki səhifəsində bildirib.

N.Məmmədov qeyd edib ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər: "Bu da təəssüf doğurur".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti