Sentyabrın 28-də Ay tutulacaq; Azərbaycandan da izləmək olacaq

22-09-2015, 13:37
Oxunub: 1058
Ay tutulmasını 07:30-dək müşahidə etmək mümkün olacaq


Sentyabrın 28-də gerçəkləşəcək Ay tutulmasını Azərbaycan ərazisindən də izləmək mümkün olacaq.

Bu barədə "Report"a AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə 06:07-də başlayacaq. Təbiət hadisəsi saat 9:27-dək, yəni 3 saat 20 dəqiqə davam edəcək.

X.Mikayılovun sözlərinə görə, Azərbaycan ərazisindən Ay tutulmasını izləmək istəyənlər üfüqə yaxın hadisəni müşahidə edə bilərlər: "Azərbaycan ərazisindən Ay tutulmasını 07:30-dək müşahidə etmək mümkün olacaq. Bu saatdan sonra Günəşin çıxması prosesi izləməyə imkan verməyəcək".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti