Deputatlar ilk iclasda nələri müzakirə edəcək?

21-09-2015, 12:49
Oxunub: 686
Bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır


Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk iclasının gündəliyi dəqiqləşib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 39 məsələ daxildir.

Gündəlikdə Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” və daha bir neçə qanuna dəyişikliklər, dövlətlərarası sazişlərin təsdiqi, o cümlədən yeni “Publik şəxslər haqqında” qanun layihəsi var.

Qeyd edək ki, bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır, noyabrın 1-də parlamentə V çağırış seçkilər keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti