AŞPA nümayəndə heyəti Azərbaycana gəlib

21-09-2015, 10:32
Oxunub: 747
Səfərin məqsədi seçkiqabağı kampaniyanın aparılması şəraitini və seçkiöncəsi vəziyyətin öyrənilməsidir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir. 

Səfərin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması şəraitini və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.

AŞPA nümayəndə heyəti sentyabrın 21-22-də Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentdə təmsil olunan siyasi partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti