Yunanıstanda seçkilər başa çatdı

21-09-2015, 01:15
Oxunub: 548
Sol radikal SİRİZA partiyası 30-32% səs çoxluğu ilə liderdir


Yunanıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.

Müşahidəçilərin fikrinə görə, seçicilərin iştirak göstəricisi aşağı olub və 60%-dən çox olmayacaq.

“Exit-poll”a əsasən, sol radikal SİRİZA partiyası 30-32% səs çoxluğu ilə liderdir, sağ mərkəzçi “Yeni Demokratiya” partiyası 28-29.5% səs toplayıb.

Xatırladaq ki, yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfədir seçki məntəqələrinə gedirlər. Belə ki, yanvarın 25-də növbədənkənar parlament seçkiləri, iyulun 5-də isə kreditorların ultimatumuna və hökumətin iqtisadi siyasətinə dair referendum keçirilib.(azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti