Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb

19-09-2015, 10:01
Oxunub: 623
“Yaxın saatlarda insan axınının güclənməsi ehtimal olunur”


Macarıstandan Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb, onlardan 3 500-ü cümə günü ölkəyə gəlib.

Bu barədə Xorvatiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, qaçqın böhranı davam etməkdədir: “Yaxın saatlarda insan axınının güclənməsi ehtimal olunur”.

Qeyd edək ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə tətbiq etdiyi sərt tədbirlər miqrantları Serbiya-Xorvatiya sərhədinə üz tutmağa vadar edib.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti