Tramp prezident seçilsə, maaşından imtina edəcək

19-09-2015, 09:28
Oxunub: 647
Donald Trampın varidatı 4,1 milyard dollar həcmində qiymətləndirilir


ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmağa çalışan biznesmen Donald Tramp Ağ evin rəhbəri seçiləcəyi təqdirdə, ildə 400 min dollar həcmində olan prezident maaşından imtina edəcəyini bildirib.

Trend-in "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, şəxsi tikinti imperiyasına başçılıq edən Donald Trampın varidatı 4,1 milyard dollar həcmində qiymətləndirilir. Onun özü isə kapitalının 10 milyard dollardan artıq olduğunu iddia edir.

Respublikaçılar arasında reytinqə liderlik edən milyarder bir qədər əvvəl seçkiqabağı kampaniyasına 1 milyard dollar xərcləməyə hazır olduğunu demişdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti