Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

18-09-2015, 18:48
Oxunub: 536
Son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb


Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, əhalinin içməli su təminatı yaxşılaşdırılıb, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb.

Dövlət başçısı Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti