MN-də ABŞ müdafiə katibinin nümayəndəsi ilə görüş keçirilib

18-09-2015, 17:18
Oxunub: 476
General-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin müavini xanım Evelin Farkas ilə görüşüb


Sentyabrın 18-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas ilə görüşüb.

Etatist.com xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti