​Xorvatiya Serbiya ilə sərhəd keçidlərini bağlayıb

18-09-2015, 10:55
Oxunub: 569
Ölkəyə artıq 11 mindən çox miqrant gəlib


Xorvatiya miqrantların ölkəyə axınını məhdudlaşdırmaq üçün Serbiya ilə sərhəd keçidlərini bağlayıb.

Bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.

İdarənin məlumatına görə, ölkəyə artıq 11 mindən çox miqrant gəlib.

Hazırda ölkələr arasında mövcud olan səkkiz sərhəd keçidindən yalnız Bayakovo-Batrovts avtomobil yolu üzərindəki açıq qalıb. Hadisə şahidlərinin sözlərinə görə, burada çoxkilometrlik avtomobil növbəsi yaranıb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti