Məhşur bəstəkar Xocalıya mahnı yazdı

21-02-2013, 16:30
Oxunub: 1101


Tanınmış fransız bəstəkarı Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib.APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin "Saint Roch” kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da "St John's, Smith Square” kilsəsində baş tutacaq.
 
Qeyd edək ki, əsərin müəllifi  Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti