Azərbaycan biznesi Rusiyanın regionlarına çıxış imkanı əldə edəcək

17-09-2015, 13:11
Oxunub: 701
Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək


2015-ci ilin 30 sentyabr tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu və 1 oktyabr tarixində həmin forum çərçivəsində I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu keçiriləcək.

Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, VI Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir zamanı iştirakçılar Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti