"​Qazprom" Azərbaycana ildə 2 mlrd. kubmetr qaz nəql edəcək

17-09-2015, 12:35
Oxunub: 544
Qazprom"la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir


Rusiyanın "Qazprom" ASC Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcək.

Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. 

R.Abdullayev qeyd edib ki, həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq.

"2017-ci ildən isə həmin qaz Dağıstana nəql olunaraq oranı qazla təmin edəcək. "Qazprom"la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir", - SOCAR başçısı əlavə edib.

Qeyd edək ki, Rusiyanın "Qazprom" ASC sentyabrın 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. Sentyabrın 11-də Bakıda AzMeCo ilə "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Xatırladaq ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti