​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

17-09-2015, 12:05
Oxunub: 696
Hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər ediblər


Məktəblilər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak edən hərbi pilotların qonağı olublar.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirliyin informasiyasına görə, qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.

Təlimlərdən, xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər edərək yiyələndikləri peşənin sirlərini bölüşüblər.

Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

​Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar - Foto

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti