Xocalı faciəsiylə bağlı kampaniyaya başlanıldı

21-02-2013, 11:49
Oxunub: 847
QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniyaya start verir


QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniyaya start verir.

Alyansdan Etatist.com-a verilən məlumata görə, kampaniya çərçivəsində hazırlanan materiallar və video-çarxlar öz innovativliyi ilə fərqlənir və indiyə qədər görülmüş fəaliyyətləri təkrarlamır. Hələ keçən ildən Alyansın Xocalı soyqırımı ilə bağlı Facebook üzərindən gerçəkləşdirilən kampaniyası bu il də davam etməkdədir. Yeni kampaniya isə görülən işlərin davamı və mahiyyət etibarilə daha effektiv, konkret nəticələrə hesablanan və mövcud imkanlardan düzgün istifadəni ehtifa edir.

Kampaniyanın təkrib elementləri çox zəngindir. Bu kampaniya digər dövlətlər tərəfindən Xocalı soyqırımının tanınmasına da ciddi stimul verəcək, ölkədə olan xarici vətəndaşlara və beynəlxalq təşkilatlara məlumatlar çatdıracaq, sosial şəbəkələr üzərindən dünyanın bütün nöqtələrinə nüfuz edə biləcək.

Eyni zamanda, yerli səviyyədə də aparılan aksiya sayəsində qətliam insanların yaddaşına bir daha yazılacaqdır. Bu məqsədlə fevral ayının 25-i Bakı şəhərinin böyük alış-veriş mərkəzlərindən biri olan "Park Bulvar”da, 26-sı isə "28 Mall” ticarət mərkəzlərində Xocalı soyqırımının faciələrini özündə əks etdirən video-çarxlar gün ərzində yayımlanacaq. Aksiya çərçivəsində gənc rəssamların Xocalı hadisələrinə həsr olunan rəsm əsərləri də nümayiş etdiriləcək. Xocalı qətliamı günü, fevralın 26-ı, saat 15.00 da "28 Mall” ticarət mərkızində kampaniyanın rəsmi hissəsinin düzənlənməsi planlaşdırılır. Tədbirə millət vəkilləri, xarici ölkə səfirlikləri, QHT rəhbərləri və media nümayəndələri dəvət ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti