İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb

16-09-2015, 14:08
Oxunub: 409
F.Stadler İsveçrənin Yunanıstandakı səfirinin müavini vəzifəsində çalışıb


İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb. 

Bakıdakı diplomatik missiyasını başa vuran İsveçrənin Azərbaycandakı səfiri Paskal Abişerin Report-a verdiyi məlumata görə, bu, Filip Stadler olacaq.

Onun sözlərinə görə, yeni səfir oktyabrın əvvəllərində Bakıya gələcək və Azərbaycanın xarici işlər naziri, həmçinin, ölkə başçısına etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Qeyd edək ki, bu təyinata qədər F.Stadler İsveçrənin Yunanıstandakı səfirinin müavini vəzifəsində çalışıb.

P.Abişer 2013-cü ildən İsveçrənin Azərbaycandakı səfiri vəzifəsini tutub. Hazırda o, İsveçrənin Belarusdakı səfiri vəzifəsinə yeni təyinat alıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti