Dövlət xidmətləri üçün vahid zəng mərkəzi yaradılacaq

16-09-2015, 12:56
Oxunub: 316
157 zəng mərkəzinə daxil olmuş zənglərin sayı 84677–dir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) vətəndaşların onları maraqlandıran məsələlər üzrə zənglərinin birbaşa dövlət qurumlarının Zəng (Çağrı) mərkəzlərinə yönləndirilməsi üçün sistem yaradır.

Bu barədə Trend MHM-yə istinadən məlumat verir.

Yaxın vaxtlarda istismara veriləcək yeni sistem "157" qısa nömrəsinə daxil olan zənglərin yönləndirilməsini həyata keçirməyə imkan verəcək. "157" Zəng mərkəzi "Elektron Hökumət" portalında olan xidmətlər, elektron imza, portal üzərindən vətəndaşlara təqdim olunan onlayn konsultasiya xidməti, azdata.com internet provayderi, internet, easypay və apus sistemi vasitəsilə ödəmələr, poçt şöbələrində aparılan ödənişlər və sair barədə vətəndaşların müraciətlərini qəbul edir.

Son bir ilin statistikasına görə, 157 zəng mərkəzinə daxil olmuş zənglərin sayı 84677–dir. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11144-dən artıqdır. Bundan başqa, cağrı mərkəzinin info@e-gov.az elektron poçtuna yazılmış 25000-ə qədər, skype vasitəsilə isə 4000 müraciətə cavab verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti