Güclü külək Göyçay rayonunu elektrik enerjisiz qoyub

16-09-2015, 11:46
Oxunub: 771
Güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini sıradan çıxarıb


Ötən gecə Azərbaycan rayonlarında müşahidə olunan güclü yağış və külək Göyçay rayonunun elektrik sisteminə ciddi ziyan vurub.

Güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini sıradan çıxarıb. 

Belə ki, Göyçay rayonunun 80%-ə qədəri elektrik enerjisiz qalıb. Rayonun Bığır, Qaraman, Ləkçıtlaq, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alıkənd, Veysəlli, Qarayazı, Qaraməryəm, Yekəxana və Şahsoltanlı kəndində elektrik enerjisi kəsilib.
Bununla bağlı rayon Elektrik Şəbəkəsinin işçiləri əraziyə ezam olunub.
Göyçay rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda rayon ərazisinin 60%-i elektrik enerjisi ilə təmin olunub. Digər kəndlərdə isə elektrik enerjisinin təmin olunması üçün işlər davam etdirilir.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti