​Moldova prezidentinin iqamətgahı qarşısında etiraz piketi keçirilir

16-09-2015, 11:39
Oxunub: 531
"İstefa!" şüarları yazılan plakatlar qaldırıblar


Bu gün səhər saatlarından başlayaraq Moldova prezidenti Nikolay Timoftinin iqamətgahı qarşısında etiraz piketi keçirilir.

Məlumata görə, aksiyada yüzədək insan iştirak edir. Aksiya iştirakçıları "Timoti, oyan!", "Rədd olsun korrupsiya!", "İstefa!" şüarları yazılan plakatlar qaldırıblar. 

Aksiyanın təşkilatçısı "Ləyaqət və Həqiqət" Vətəndaş Hərəkatının təmsilçisi Andrey Nestase bildirib ki, onlar hakimiyyətin bütün strukturlarının istefasını tələb edirlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti