Qaz təchizatında məhdudiyyətlər olacaq

16-09-2015, 10:25
Oxunub: 683
Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq


Nəsimi, Yasamal, və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərinin üzərində qaz tənzimləyici avandanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar sentyabrın 16-ı saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1-2-3-4-5-ci mikrorayonlarında, M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və Sabunçu rayonunun abrat və Balaxanı qəsəbələrinin, həmçinin, Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti