Putin Obama ilə görüşə hazırdır

16-09-2015, 10:04
Oxunub: 702
Prezident Putin ələlxüsus da öz amerikalı həmkarı, prezident Obama ilə dialoqa həmişə hazırdır


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə görüşə hazırdır, ancaq hələlik anlaşma yoxdur.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin ələlxüsus da öz amerikalı həmkarı, prezident Obama ilə dialoqa həmişə hazırdır" – deyib Peskov. 

Bundan qabaq xarici işlər naziri Sergey Lavrov bəyan eləmişdi ki, iki ölkə prezidentlərinin BMT Baş Məclisinin sentyabrın 28-də başlayacaq 70-ci yubiley sessiyası çərçivəsində görüşü istisna deyil. Onun sözlərinə görə, görüş baş tuta bilər, əgər istəklə bağlı siqnal ABŞ tərəfindən daxil olsa.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti