​Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib

16-09-2015, 00:12
Oxunub: 556
Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar


Türkiyə müvəqqəti hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.

F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək. O daha sonra Azərbaycan prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovilə görüşəcək.

Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti