Nigarın növbəti məhkəməsi oldu

21-02-2013, 11:15
Oxunub: 1079


Xəbər verildiyi kimi, bu gün saat 15-də Sumqayıt şəhər Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Nigar Yaqublunun şikayəti üzrə məhkəmə prosesi öz işinə başlayıb.

Prosesdə iştirak edən əməkdaşmızın verdiyi xəbərə görə, məhkəmə zalına Nigar Yaqublunun vəkili, qohumları, partiya yoldaşları və jurnalistlər toplaşıblar.

Aldığımız məlumata görə, məhkəmə prosesində qəzanın baş verdiyi ərazidəki təhlükəsizlik kamerasının qeydə aldığı lent yazılarına baxış keçirilib, ekspert Vüqar Quliyev şahid qismində dəvət edilib və o, ifadə verib.

Reportyorumuzun verdiyi xəbərə görə, əvvəlki proseslərdə olduğu kimi, Nigar Yaqublunun vəkilləri yenidən müvəkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Məhkəmə sədarəti bu məsələ ilə bağlı qərar vermək üçün müşavirə otağına gedib. Müşavirə otağından qayıdan hakimlər bildiriblər ki, vəsatət təmin olunmayıb.

Məhməkəyə deputatların Nigar Yaqublunun zaminə buraxılması ilə bağlı müraciəti təqdim edildi. Bundan sonra məhkəmənin fevralın 26-da davam etdirilməsi barədə qərar elan olunub.

Qeyd edək ki, N.Yaqublu ötən ilin yayında uğradığı talesiz avtomobil qəzasında təqsirli bilinib və ona 2,6 il müddətinə azadlıqdan məhrumetmə verilib.

 

Nigarın növbəti məhkəməsi oldu
Nigarın növbəti məhkəməsi oldu

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti