Səfirliyin Niderlanddakı diplomat etirafı

15-09-2015, 13:42
Oxunub: 477
Səfirlikdən Natiq Cəfərova işlədiyi zaman konsulluq məsələlərinin də həvalə olunduğu qeyd olunub


“Son zamanlar mətbuatda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barədə məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib”.

Bu barədə Azərbaycanın Niderlanddakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir.

Məlumatda deyilir ki, səfirliyin üçüncü katibi N.Cəfərovun Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və sözügedən şəxs artıq Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində çalışmır. Səfirlikdən Natiq Cəfərova işlədiyi zaman konsulluq məsələlərinin də həvalə olunduğu qeyd olunub. “Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı Səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyildir. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti