Gələn il fermerlərin güzəştli kreditləşməsi davam edəcək

15-09-2015, 12:21
Oxunub: 574
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub


Azərbaycanda iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən iribuynuzlu cins damazlıq heyvanlarının ölkəyə gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı 2016-cı ildə də davam etdiriləcək.

Report xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Növbəti ilin dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə 32,0 mln. manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti