2016-cı il dövlət büdcəsinin kəsiri 1,6 milyard dolları ötəcək

14-09-2015, 18:29
Oxunub: 608
2016-cı il üçün büdcənin kəsiri 1 698 milyon manat və ya ÜDM-in 2,9 faizi səviyyəsində proqnozlaşdırılır


2016-cı il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat, xərcləri isə 16 264 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında deyilir.

Proqnozlara əsasən, 2016-cı ildə dövlət büdcəsinin gəlirlər hissəsi 4 872 milyon manat və ya cari ilin göstəricisindən 25,1 faiz az, xərclər hissəsi isə 4 836 milyon manat və ya 2015-ci ilin göstəricisindən 22,9 faiz az götürülüb.

2016-cı il üçün büdcənin kəsiri 1 698 milyon manat və ya ÜDM-in 2,9 faizi səviyyəsində (onun həcmi 57,7 milyard manat həcmində müəyyən edilib) proqnozlaşdırılır.

Dövlət büdcəsində neftin proqnoz qiymətləri 1 barelə görə 50 dollar səviyyəsində götürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti