Gələn ilin dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsait artırılıb

14-09-2015, 18:03
Oxunub: 670
Xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək


2016-cı ilin dövlət büdcəsində təhsil sahəsinə 1713,5 mln. manat vəsait ayrılıb.

Maliyyə Nazirliyindən verilən xəbərə görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək. Bu da 2015-illə müqayisədə 2,4 faiz çoxdur. 

Eyni zamanda, təhsil xərcləri üçün ayrılan vəsaitin 940,1 mln. manatı ümumi təhsil xərclərinin, 494,9 mln. manatı təhsil sahəsində digər müəssisə və və tədbirlərin maliyyələşdirilməsi, 157,4 mln. manatı məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı ilk-peşə ixtisas təhsilinin, 3,6 mln. manatı isə əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti