Nizami Piriyevin zavoduna bir həftəyə Rusiya qazı veriləcək

14-09-2015, 12:13
Oxunub: 1193
"Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı "AzMeCo" şirkətinə satacaq


Rusiyanın "Qazprom" ASC sentyabr ayının 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdulllayev məlumat verib.

Qeyd edək ki, sentybarın 11-də Bakıda "AzMeCo" (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı "AzMeCo" şirkətinə satacaq. Bu həcmdə qazla "AzMeCo"nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan "AzMeCo"nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər "AzMeCo" 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti