Avropa Parlamentinə müraciət qəbul ediləcək

14-09-2015, 11:33
Oxunub: 413
Baş nazirin müavini iclasda müracətin mətninin hazırlanmasına dair göstəriş verib


Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin ləğvi ilə bağlı həm Azərbaycan Prezidentinə, həm də Avropa Parlamentinə Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar adından müraciət qəbul ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Baş nazirin müavini iclasda müracətin mətninin hazırlanmasına dair göstəriş verib.

İclasda çıxış edən işğal altındakı rayonların icra başçıları və deputatlar AP-nin qərəzli qətnaməsini pisləyib və hamının buna qarşı səfərbər olmağa çağırıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti