Türkiyə, Braziliya və Çində bank böhranı ola bilər

14-09-2015, 11:20
Oxunub: 616
Maliyyə tarixində bu nisbətin 10%-i keçdiyi ölkələrdə bank böhranının meydana gəlməsi riski 67%-ə bərabərdir


Beynəlxalq Hesablaşmalar Bankının(BHB) rüblük məruzəsində aralarında Braziliya, Türkiyə və Çinin də yer aldığı bəzi ölkələrin bank sistemində böhran ehtimalı olduğunu bildirib.

Report BHB-nin məruzəsinə istinadən xəbər verir ki, özəl sektor kreditlərinin uzunmüddətli trenddən nə qədər kənarlaşdığını göstərən Kredit/ÜDM nisbəti Çində 25,4%-ə yüksələrək böyük iqtisadiyyata sahib olan ölkələr arasında ən maksimal həddə çatıb. İkinci sırada Türkiyə (16,6%), üçdə Braziliya (15,7%) qərarlaşıb. Sənəddə qeyd olunur ki, maliyyə tarixində bu nisbətin 10%-i keçdiyi ölkələrdə bank böhranının meydana gəlməsi riski 67%-ə bərabərdir.

Xatirlatmaq lazımdır ki, İndoneziya, Sinqapur və Tailandda da bu göstəricisi 10%-dən artıqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti