Moldovadakı nümayiş iştirakçıları siyasi partiya yaradacaq

13-09-2015, 19:48
Oxunub: 490
"Parlament seçkiləri elan edilsə, biz buna hazır olmalıyıq"


Moldovanın paytaxtı Kişinyovda ölkə rəhbərliyinin istefası tələbiylə nümayiş davam edir.

“Demnitate si adevar” - DA (“Ləyaqət və hüquq”) vətəndaş platformasının təşkilatçılığı ilə keçirilən aksiyada 40 minədək insan iştirak edir.

Aksiya təşkilatçıları parlament seçkilərində iştirak etmək məqsədi ilə siyasi partiya yaradılacağı bəyan ediblər.

“Parlament seçkiləri elan edilsə, biz buna hazır olmalıyıq. Yeni partiyaya ancaq xalqın maraqlarına xəyanət etməyən insanlar qatılacaq”, – deyə DA vətəndaş platformasının fəalı Andrey Nestase bildirib.

Etirazlar ötən həftə başlayıb, hər gün Kişinyovun mərkəzi küçələrində mitinqlər keçirilib, hökumət evi qarşısında çadırlar qurulub.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti