Yunanıstan sahillərində batan miqrantların sayı 34-ə çatdı - Yenilənib

13-09-2015, 21:07
Oxunub: 586
Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantlardan 68-i xilas edilib


Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb. Ölənlərdən 14-ü uşaq olub.

Xilas edilən miqrantlar Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Farmakonisi adasına aparılıb.

* * *18.41


Yunanıstanın Farmakonisi adasının sahillərində göyərtəsində yüzə yaxın miqrantın olduğu gəmi batıb.


Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantlardan 68-i xilas edilib.

Ancaq aralarında bir uşağın da olduğu 28 miqrant dünyasını dəyişib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti