​Türkiyə "Türk axını" üzrə danışıqları davam etdirməyə hazırdır

12-09-2015, 21:24
Oxunub: 364
Türkiyə "Türk axını" qaz kəmərinin tikintisini detallı şəkildə müzakirə etməyə hazır deyil


Türkiyə Rusiya qazının qiymətlərində güzəşt əldə etdikdən sonra "Türk axını" qaz kəmərinin tikintisi üzrə danışıqları davam etdirməyə hazırdır.

Bu barədə "Sputnik Turkiye"yə müsahibəsində Türkiyə müvəqqəti hökumətinin energetika və təbii sərvətlər naziri Əli Rıza Alaboyun bildirib.

Onun sözlərinə görə, bu məsələ həll və təsdiq olunmayınca, Türkiyə "Türk axını" qaz kəmərinin tikintisini detallı şəkildə müzakirə etməyə hazır deyil.

"Güzəştin verilməsinə dair məsələ tamamilə şifahi müzakirə olunub, heç bir yerdə kağıza həkk olunmayıb. Biz hesab edirik ki, bu düzgün deyil. Rusiya tərəfi ilkin şərtsiz bizə güzəşt etməli idi", - deyə Alaboyun bildirib.

Xatırladaq ki, bundan əvvəl "Türk axını" üzrə danışıqların dondurulduğu məlumat verilmişdi.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti