Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv

20-02-2013, 18:50
Oxunub: 1092


20 fevral tarixində Azərbaycan Avropa Hərəkatının II konqresi keçirilib. Konqres hesabat xaralterli olub.


Konqresdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri, yerli ictima-siyasi qurumlar, Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyən aktiv vətəndaşlar, AAH-nın üzvləri və media nümayəndələri iştirak edib. Qonaqlardan yalnız 4 nəfərə söz verildi.

Etatist.com-un məlumatına görə, konqresdə çıxış edən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı hərəkatın 1 illik hesabatını vermişdir. Hesabatda Dieqo Pintonya görüşdən, Avropa yürüşündən, Avropa ölkələrinə səfərlərdən və s. işlərdən danışıb. Bundan başqa R.Hacılı, hərəkatın maliyyə işlərinin mətbuat üçün açıq olduğunu və bu işlərin şəffaf şəkildə aparıldığını bildirdi.

 

Konqresdə çıxış edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Qərb dəyərlərinin vacib olduğunu və Azərbaycanda Avropa dəyərlərinin gəlməsini dəstəklədiyini bildirdi. Qərb dəyərlərinin Azərbaycana gəlməsi üçün AAH-ın böyük rol oynadığını bildirən A.Mollazadə, Ramin Hacılıya təşəkkür etdi.

 

Millət vəkili Çingiz Qənizadə, Avropa dəyərlərinin gözəl olduğunu, amma bizim öz milli dəyərlərimizin də vacib olduğunu bildirdi. Millət vəkili Avropa dəyərlərinin bəzi cəhətlərini qəbul etməməklə milli dəyərlərimizin qorunmasının lazım olduğunu qeyd etdi.

ABŞ-təhsilli Azərbaycan Məzunlar Birliyinin üzvü Rövşən Nəcəfov Azərbaycan gənclərini dinlədiyini və Azərbaycan gənclərinin Avropa dəyərlərini tələb etdiyini bildirdi və R.Hacılıya öz təşəkkürlərini bildirdi.


Konqresdə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, "Avropa Hərəkatının hərəkat sözü əslinə qalsa mübarizə sözünün sinonimidir. Bizim vəzifəmiz insanların hüquq və azadlıqları naminə mübarizə aparmaqdır. Millətin də dövlətin də subyekti insandır. Əgər insanın hüququ, haqqı, sözü, ifadə azadlığı yoxdursa, heç bir dəyərdən danışmaq olmaz. Biz insanları haqlarını, ifadə azadlıqlarını, hüquqlarını pozan və həbsxanada yaşamağa məhkum edənlərlə mübarizə aparmalıyıq. Sərhədlər aradan qaldırılmalıdır ki, inkişaf edə bilək." deyə danışdı. Çıxışının sonunda Şəhriyar Məcidzadə Ramin Hacılıya təşəkkür etdi.

Tədbirin sonunda Azərbaycan Avropa Hərəkatının idarə heyətinə söz verildi.

 

Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv
Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv
Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv
Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv
Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv
Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv

Avropa Hərəkatının konqresi keçirildi- Eksklüziv

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti