Uorlik: "Azərbaycan və Ermənistan sülhə hazırdır"

12-09-2015, 11:27
Oxunub: 690
Biz tərəflər arasında sülhə nail ola bilsək, regionun özü də dəyişəcək”


Azərbaycan və Ermənistanda insanlar sülhə hazırdırlar.

Bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"-nə müsahibəsində deyib.

“Biz danışıqlar yolu ilə münaqişəsinin davamlı olaraq nizamlanmasını istəyirik. Sülhün zamanı yetişib və mən düşünürəm ki, insanlar sülhün regiona gətirəcəyi çiçəklənməni alqışlayacaqlar. Biz tərəflər arasında sülhə nail ola bilsək, regionun özü də dəyişəcək”, - deyə Uorlik bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri beynəlxalq vasitəçilərə bildiriblər ki, onlar danışıqların intensivləşdirilməsini arzulayırlar və BMT Baş Assambleyası çərçivəsində vasitəçilərin iki ölkənin XİN rəhbərləri ilə görüşü keçiriləcək. Bu görüş zamanı ən yüksək səviyyədə - prezidentlər Serj Sarkisyan və İlham Əliyev görüşünün növbəti raundu üçün hazırlıqlar keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti