Hərbi Oyunların döyüş atışlı əsas mərhələsi keçirilib - Foto

12-09-2015, 00:31
Oxunub: 196
İkinci eşelonun hücuma yeridilməsi və hava desantının düşmənin dərinliyinə endirilməsi tapşırıqlarını icra ediblər

Senyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib.

Etatist.com-un məlumatına görə, irimiqyaslı təlimlərin ssenarisinə əsasən bir neçə hissədə yerinə yetirilən əsas mərhələdə qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələr təyin olunmuş hədlər istiqamətində hərəkət, düşmən qüvvələrinə aviasiya zərbələrinin endirilməsi, onun hərəkət edən qüvvə və vasitələrini məhvetmə, əks-hücum həddinə çıxma və əks-hücum əməliyyatını keçirmə, ikinci eşelonun hücuma yeridilməsi və hava desantının düşmənin dərinliyinə endirilməsi tapşırıqlarını icra ediblər.

Təlimdə iştirak edən bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyəti, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim poliqonunda motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri döyüş atışları icra edib, praktiki raket buraxılışları və bombalama həyata keçirilıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən şəxsi heyətin peşakarlığından məmnun qalaraq tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti