E.Məmmədyarov türkdilli dövlətlərin toplantısında iştirak edib

10-09-2015, 19:13
Oxunub: 712
Türkdilli ölkələrin prezidentlərinin V Zirvə toplantısı sabah Astanada keçiriləcək


Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısı keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında yer alan məlumatda deyilir.

Toplantıda Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov, Qırğızıstan xarici işlər naziri Yerlan Abdıldayev, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Firuddin Sinirlioğlu iştirak edirlər. 
 
Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Qazaxıstan prezidentiNursultan Nazarbayevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Qurumun sonuncu sammiti ötən ilin iyununda Bodrumda keçirilib. 
 
Qeyd edək ki, Türkdilli ölkələrin prezidentlərinin V Zirvə toplantısı sabah Astanada keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti