1 saylı "ASAN xidmət" mərkəzi 2 gün işləməyəcək

10-09-2015, 15:29
Oxunub: 538
Vətəndaşlar digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər


Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzi görülən profilaktik tədbirlərlə əlaqədar sentyabrın 12-13-də xidmət göstərməyəcək.

ASAN-dan verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. (virtual)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti