​VHP-in əksər üzvləri Milli Şuranı tərk etdi

10-09-2015, 13:03
Oxunub: 552
S.Əsədli və R.Manaflı isə fərdi qaydada Milli Şurada qalıblar


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əksər üzvləri müxalif Milli Şuradan çıxıb.

Hazırda Milli Şurada VHP-nin iki üzvü-partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin sədri Rafiq Manaflı təmsil olunur.

2013-cü ildə keçirilən prezident seçkilərində iştirakla bağlı fərdi üzvlük əsasında yaradılan müxalif Milli Şurada VHP-ni altı üzvü - Ali Məclisi katibi Asif Şəkərli, partiya sədrinin müavini Arif İsmayılbəyli, Nəzarət-Təftiş Komissiyasının sədri Felmar Ələkbərli, partiyanın mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlu, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təmsil olunurdu.

2013-cü ilin avqustunda VHP Siyasi Şurası partiya üzvlərinin Milli Şuradan çıxması haqda qərar qəbul edib. Tövsiyyə xarakterli qərardan sonra VHP-nin dörd üzvü Milli Şuradan çıxıb. S.Əsədli və R.Manaflı isə fərdi qaydada Milli Şurada qalıblar. 

VHP bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib, Milli Şuranın isə qərarı məlum deyil. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti