Qanunsuz miqrantlar xüsusi mərkəzlərdə yerləşdiriləcək

9-09-2015, 19:09
Oxunub: 260
Aşağıdakı məzmunda 9.17-3-cü və 9.20-2-ci bəndlər əlavə edilib


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Etatist.com-un məlumatına görə, fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.7-2-ci bəndə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 9.17-3-cü və 9.20-2-ci bəndlər əlavə edilib:

“9.17-3. qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətini təşkil etmək və onların idarə olunmasını, o cümlədən həmin mərkəzlərdə rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək;”

“9.20-2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini və saxlanılmasını təmin etmək;”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti