​Moldovada mitinqlər davam edir

9-09-2015, 18:19
Oxunub: 577
" Bazar günü keçiriləcək mitinqdə çox vacib bəyanat veriləcək"


"Respublikanın bütün şəhərlərindəki dostlarınıza kütləvi etiraz aksiyasını bazar günü təkrarlayacağımızı çatdırın".

Report TASS-a istinadən xəbər verir ki, bunu Moldovada keçirilən etiraz aksiyalarının təşkilatçısı olan "DA" ( "Ləyaqət və Həqiqət" - "Demnitate si adevar") vətəndaş hərəkatının liderlərindən biri Vasili Nestase bildirib.

O vurğulayıb ki, bazar günü keçiriləcək mitinqdə çox vacib bəyanat verəcəklər. 

V.Nestase bu gün ölkə rəhbərliyi və hakim "Avropaya inteqrasiya uğrunda Alyans"ın liderləri ilə görüşməyə cəhd edəcəklərini bildirib.

Təşkilatçılar gələcəkdə öz partiyalarını təsis edəcəklərini də bəyan ediblər.

Məlumata görə, aksiyanın təşkilatçıları bu gün ABŞ və Avropa İttifaqına üzv dövlətlərin Moldovadakı diplomatik missiyalarının təmsilçiləri ilə görüşüblər.

Xatırladaq ki, Moldovada mitinqlər bazar günü başlayıb. Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumətin və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiyaya qarşı mübarizə də var.

Prezident Administrasiyasının baş katibi İon Peduraru isə bildirib ki, Moldova prezidenti Nikolay Timofti Kişineunun mərkəzinə toplaşan mitinqçilərin tələblərinə görə istefa verməyəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti