Azərbaycanın Gürcüstana investisiya qoyuluşu iki dəfə artıb

9-09-2015, 16:58
Oxunub: 499
Azərbaycan və Türkiyənin Gürcüstana yatırımları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb


Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 160 mln. ABŞ dolları həcmində sərmayə yatırıb.

Report xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82 mln. dollar və ya 2 dəfə çoxdur.

Məlumata görə, bu ilin ilk rübündə Gürcüstana Azərbaycan iş adamları tərəfindən 59 mln. dollar investisiya yatırılıb.

Gürcüstana yatırım edən ölkələr sırasında ikinci yerdə 68 mln. dollar göstərici ilə Hollandiya və 41 mln. dollarla Türkiyə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin Gürcüstana yatırımları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti