"Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb"

9-09-2015, 15:33
Oxunub: 546
"Biz ABŞ-la başqa məsələlərlə bağlı danışıqlar aparmamışıq və aparmayacağıq"


"Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb".

Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ-la İran təmsilçiləri arasında keçirilən görüşü dəyərləndirərkən bildirib.

"Biz konkret səbəblərə görə ABŞ-la yalnız nüvə proqramı üzrə danışıqlar aparmışıq. Onlar (amerikalıları nəzərdə tutur - "Report") danışıqlar zamanı çox ləyaqətli aparıb. Bunula belə, biz ABŞ-la başqa məsələlərlə bağlı danışıqlar aparmamışıq və aparmayacağıq", - İranın ali rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu il iyulun 14-də İranın nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin təımsilçiləri ilə İran nümayəndələri arasında aparılan danışıq nəticəsində yekun Razılaşma sənədi qəbul edilib. Həmin sənədə əsasən, İran nüvə proqramı ilə bağlı qoyulan məhdudiyyətlərə əməl edəcəyinə razılaşıb. Bunun qarşılığında isə "altılıq" Tehrana tətbiq edilən sanksiyaları aradan qaldıracağına söz verib.(Report.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti