Binə TM-də yanğın

20-02-2013, 11:01
Oxunub: 902


Binə Ticarət Mərkəzində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən "Binə” Ticarət Mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti