Dünyanın ən böyük jaketi - Video

20-02-2013, 10:55
Oxunub: 1033


Türkiyədə dünyanın ən böyük jaketi toxunub. Geyim Ginnesin rekordlar kitabına düşsə də, məqsəd heç də rekord qırmaq olmayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, məqsəd edletrik enerjisinə qənaaətinə diqqət çəkməkdir.

Belə ki, iş adamları evdə və iş yerlərində jaket geyinərək ildə 2 milyard dollar qənaət edilə biləcəyinə diqqət yönəldiblər.

Jaket Bayrampaşa Bələdiyyəsinin binasından asılıb. Məsələnin ciddiliyini göstərmək üçün hətta Avropa Birliyi naziri və baş müşavir Egemen Bağış eyni jaketin ən böyük ölçüsünü geyinib.

Jaketin hazırlanmasına 30 gün sərf edilib. 18 metr eni, 46 metr uzunluğunda olan geyim üçün 9 min 950 metr və 500 kq çəkisiolan ipdən istifadə edilib.

 

anspress 

 


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti