Dövlət qiymətli kağızlar bazarı kəskin azalıb

9-09-2015, 11:57
Oxunub: 436
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır


Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 341,296 mln. manat təşkil edib.

Report-un BFB-yə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Hesabata əsasən, dövlət qiymətli kağızlar bazarı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Bazarın həcmi illik müqayisədə təxminən 26 dəfə azalaraq 496,1 mln. manatdam 19,2 mln. manata düşüb.

BFB-nin dövriyyəsinin 0,26%-i və ya 19,2 mln. manatı dövlət qiymətli kağızlar bazarı, 2,02%-i və ya 148,0 mln. manatı pay bazarı, 20,71%-i və ya 1 520,3 mln. manatı borc alətləri bazarı, 75,5%-i və ya 5 540,3 mln. manatı törəmə maliyyə alətləri bazarının payına düşüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti