İki yeni məhkəmə binasının açılışı olacaq

9-09-2015, 11:33
Oxunub: 214
Hər iki məhkəmə binasının yerləşdiyi kompleksin açılışının sentyabrın 10-da keçiriləcəyi gözlənilir


Azərbaycanda iki yeni məhkəmə binasının açılışı olacaq.

Report-un xəbərinə görə, Sabunçu Məhkəmə Kompleksi layihəsi çərçivəsində tikilən bina istifadəyə veriləcək. Bakıxanov qəsəbəsində yerləşən həmin məhkəmə kompleksində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşəcək.

Hər iki məhkəmə binasının yerləşdiyi kompleksin açılışının sentyabrın 10-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Sabunçu Məhkəmə Kompleksinin layihəsi Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində ərsəyə gəlib. Məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti