Moldovada mitinqçilərin etirazı nəticəsiz qaldı

8-09-2015, 23:10
Oxunub: 626
Onlar ölkə rəhbərliyinə təzyiqi artıracaqlarını bəyan ediblər


Moldova prezidenti Nikolay Timoftinin istefası tələbi ilə paytaxt Kişinyovun mərkəzinə toplaşan mitinqçilərlə hakimiyyət nümayəndələri arasında danışıqlar nəticəsiz qalıb.

"DA" vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiya təşkilatçıları ilə görüşə nə baş nazir, nə də prezident gəlməyib. Bu da aksiya iştirakçılarının ciddi narazılığına səbəb olub. Onlar ölkə rəhbərliyinə təzyiqi artıracaqlarını bəyan ediblər.

"DA" təşkilatının liderlərindən olan Andrey Nestase isə təəssüflə qeyd edib ki, Moldovada vəziyyət o qədər gərginləşib ki, əhali küçələrə çıxmağa məcbur olub.(Report.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti